AZ

MİDA evlərinə görə vətəndaşlardan pul almaq ittiham edilən qadın bəraət aldı

BAKI, 15 noyabr. TELEQRAF

Bakıda vətəndaşlara sosial (güzəştli) evlərin verilməsində köməklik edəcəyi ilə bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Xəyalə Əliyeva və Arzu Nağıyevanın apellyasiya şikayətinə baxılıb.

Teleqraf xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsində araşdırılıb.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamalda MİDA tərəfindən inşa edilən evlərdən vətəndaşlara güzəştli mənzil almaq adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti ələ keçiriblər. Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş tanınıb və ümumi zərər 154 min manat təşkil edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Xəyalə Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Eyni ittihamla mühakimə olunan, lakin ev dustaqlığında saxlanılan Arzu Nağıyeva isə şərti cəza almışdı.

İş materiallarına əsasən, qanunsuz planın əsas hissəsini Xəyalə Əliyeva həyata keçirib. Arzu Nağıyeva isə ona müştəri tapdığı üçün faiz alıb. Arzu ev alqı-satqısı ilə məşğul olub. Xəyalə Əliyeva isə daha əvvəl də dələduzluğa görə məhkumluq alıb və son olaraq güzəllik salonu işlədirmiş. O, aldadılmış şəxslərin bir qismini elə salonun müştəriləri kimi tanıyıb.

İstintaq dövründə zərərçəkmişlərə dəymiş zərər ödənilməyib.

Bakı Apellyasiya Məhkəməsi şikayətləri araşdıraraq yeni qərar qəbul edib. Arzu Nağıyeva barəsində bəraət hökmü çıxarılıb. Xəyalə Əliyevanın 8 il azadlıqdan məhrumetmə cəzası 3 ay azaldılıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr