AZ

“Arsenal”ın ulduzu Bakıya gəldi, XOŞ SÜPRİZlə qarşılaşdı, selfi etdi - FOTOLAR

DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan yığmasının qonağı olacaq Fransa komandası Bakıya çatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat Fransa Futbol Federasiyasının instaqram səhifəsində paylaşılıb.

Paylaşılan görüntülərdə azyaşlı azarkeşin Fransa millisi və “Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Saliba ilə selfi çəkdirdiyi an da diqqət çəkib.

Azərbaycan – Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oktyabrın 10-u Parisdə baş tutan oyunda millimiz Fransa kollektivinə 3:0 məğlub olmuşdu.






Seçilən
22
sportinfo.az

1Mənbələr