Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatının favoritləri barədə suala cavab verib.
Publika.az xəbər verir ki, o, bu komandaların adlarını çəkib:
“Standart favoritlər Fransa, İspaniya, İngiltərə, Almaniya, Argentina və Portuqaliyadır. Amma 2026-cı il dünya çempionatında 48 komanda iştirak edəcək, buna görə də sürprizlər istisna olunmur. Seneqal ilə oynayacağıq, onlar İngiltərəni 3:1 hesabı ilə məğlub ediblər. Güclü komandadır, elə Mərakeş kimi”.
Braziliya və Senegal arasında 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun 15 noyabrda baş tutacaq və Bakı vaxtı ilə 20:00-da başlayacaq.