AZ

Tramp BBC-yə qarşı 5 milyard dollara qədər iddia qaldıracaq

ABŞ prezidenti Donald Tramp, onun sözlərini dəyişdirdiyinə görə Britaniyanın BBC kanalını bir milyard dollardan beş milyard dollara qədər məbləğdə cərimə etmək üçün məhkəməyə müraciət edəcəyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə qarşıdan gələn məhkəmə iddiası ilə bağlı jurnalistlərə açıqlaması zamanı danışıb.

"Bir milyard dollardan beş milyard dollara qədər. Yəqin ki, gələn həftə nə vaxtsa", - o bildirib.

Tramp həmçinin bildirib ki, BBC üzr istəyib və hesabatı geri götürüb. Lakin kompensasiya ödəməkdən imtina edib.

Seçilən
9
5
apa.az

6Mənbələr