AZ

Kolumbiya İsveçdən 17 “Saab Gripen” qırıcı təyyarəsi alacaq

Bakı. Trend:

Kolumbiya və İsveç 4,4 milyard dollar dəyərində 17 “Saab Gripen”qırıcı təyyarəsinin alınması barədə saziş imzalayıb.

Trend xəbər verirki, bunu Kolumbiya Prezidenti Qustavo Petro açıqlayıb.

Prezident bildirib ki, Kolumbiya Müdafiə Nazirliyi ilə İsveçinSaab şirkəti arasında 16,5 trilyon peso (təxminən 4,4 milyard ABŞdolları) dəyərində olan müqavilə yekunlaşmaq üzrədir və ölkəyə 17yeni Gripen təyyarəsi gətiriləcək.

Kolumbiya bu yeni təyyarələri 35 il əvvəl əldə etdiyi İsrailin“Kfir” qırıcılarını əvəz etmək üçün alır. 22 köhnəlmiş təyyarəyətexniki qulluq 2024-cü ilin mayında Qəzza zolağındakı hərbiəməliyyatdan sonra Boqotanın İsraillə diplomatik əlaqələrinikəsməsi səbəbindən daha da çətinləşmişdi.

Seçilən
35
az.trend.az

1Mənbələr