AZ

“Bakı səfəri asan olmayacaq” Didye Deşam

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bu matça hörmətlə yanaşmalıyıq, amma sizdən gizlətmirəm, səfərimiz uzundur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qalib gəldikləri (4:0) oyundan sonra Azərbaycanla keçiriləcək matç barəsində danışarkən deyib.

O bildirib ki, Azərbaycan səfəri komandası üçün asan olmayacaq: “Cəmi üç gün istirahətlə uzun səfərə çıxacağıq. Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun bir səyahət var. Bəzi futbolçular çox oynayıb. Səfərə kimin gedəcəyini hələ deməyəcəyəm”.

Deşam həmçinin bildirib ki, əzələ problemləri yaşayan Eduardo Kamavinqa və cəzalı durumda olan Manu Kone Bakıdakı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Fransa görüşü noyabrın 16-da Tofiq Bəhramov adına Respublikda Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
4
qafqazinfo.az

5Mənbələr