AZ

Mundiala vəsiqə qazanan ölkələrin sayı 30-a çatdı

Gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 30-a çatıb. 

Fanat.Az xəbər verir ki, Farer adalarını evdə 3:1 hesabı ilə məğlub edən Xorvatiya DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin L qrupunda birinci yeri tutaraq əsas mərhələyə vəsiqəni təmin edib.

Beləliklə, üç meydan sahibi ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Xorvatiya seçmələri mundialda iştirakını rəsmiləşdirib.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

Seçilən
36
fanat.az

1Mənbələr