AZ

Lerikdə “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

Bakı, 15 noyabr, AZƏRTAC

Lerik Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlər zamanı avtomobillərin texniki vəziyyəti yoxlanılıb, avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Atmosferə normadan artıq zərərli tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Seçilən
11
23
azertag.az

10Mənbələr