DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Azərbaycan millisinin rəqibi olacaq Fransa yığması Bakıya eniş edib. Komandanın heyətində yer alan "Milan"ın yarımmüdafiəçisi Kristofer Nkunku 28 yaşını da məhz paytaxtımızda qarşılayıb.
BAKU.WS-in məlumatına görə, futbolçunun ad gününü Bakıda qeyd etməsi barədə məlumat Fransa Futbol Federasiyasının rəsmi instaqram səhifəsində paylaşılıb. Federasiya paylaşımında belə yazıb:
"Nkunku 28 yaşını Azərbaycanda qeyd edir! Bakıda daha kimlər ad gününü keçirib?"
Xatırladaq ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.