Xəbər verdiyimiz kimi, DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan yığmasının qonağı olacaq Fransa milli komandası Bakıya gəlib. Komandası ilə Bakıya gələn “Milan”ın yarımmüdafiəçisi Kristofer Nkunku 28 yaşını burada qarşılayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat Fransa Futbol Federasiyasının instaqram səhifəsində paylaşılıb.
“Nkunku 28 yaşında Azərbaycanda! Bakıda başqa kimlər ad gününü qeyd edib?”, - paylaşımda deyilir.
Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Xatırladaq ki, oktyabrın 10-u Parisdə baş tutan oyunda millimiz Fransa kollektivinə 3:0 məğlub olmuşdu.
"Cebheinfo.az"