AZ

DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin IX turunda bu gün növbəti görüşlər keçiriləcək.

Azreform.info -ın məlumatına görə, B, C, E, H, J, qruplarında ümumilikdə 10 qarşılaşma baş tutacaq.

Türkiyə millisi evdə Bolqarıstanı qəbul edəcək. İspaniya isə səfərdə Gürcüstan yığmasının qonağı olacaq. Belçika səfərdə Qazaxıstanla, İsveç İsveçrə ilə üz-üzə gələcək.

DÇ-2026

Seçmə mərhələ

15 noyabr

B qrupu

23:45. İsveçrə - İsveç

23:45. Sloveniya - Kosovo

Xal durumu: İsveçrə - 10, Kosovo - 7, Sloveniya - 3, İsveç - 1.

C qrupu

23:45. Danimarka - Belarus

23:45. Yunanıstan - Şotlandiya

Xal durumu: Danimarka - 10, Şotlandiya - 10, Yunanıstan - 3, Belarus - 0.

E qrupu

21:00. Türkiyə - Bolqarıstan

21:00. Gürcüstan - İspaniya

Xal durumu: İspaniya - 12, Türkiyə - 9, Gürcüstan - 3, Bolqarıstan - 0.

H qrupu

21:00. Kipr - Avstriya

23:45. Bosniya və Herseqovina - Rumıniya

Xal durumu: Avstriya - 15, Bosniya və Herseqovina - 13, Rumıniya - 10, Kipr - 8, San-Marino - 0.

J qrupu

18:00. Qazaxıstan - Belçika

21:00. Lixtenşteyn - Uels

Xal durumu: Belçika - 14, Şimali Makedoniya - 13, Ueals - 10, Qazaxıstan - 7, Lixtenşteyn - 0.

Seçilən
23
5
azreform.info

10Mənbələr