Azərbaycanın U-19 millisi bugün Avropa çempionatının seçmə mərhələsində 2-ci matçına çıxacaq.
QOL.az xəbər verir ki, Elxan Abdullayevinkomandası Şimali İrlandiya ilə qarşılaşacaq.
Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matç qazaxıstanlı Sayat Karabayevə həvalə olunub.
Qeyd edək ki, komanamız 13-cü qrupdakı ilk matçda Çexiyaya böyük hesabla uduzub - 1:6.