AZ

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Türkmənistan arasında bütün sahələrdə uğurla qurulan əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
13
24
sitat.info

10Mənbələr