AZ

® “ABB”dən metro istifadəçilərinə xüsusi fürsət!

Müştərilərinə daim innovativ həllər və faydalı imkanlar təqdim edən “ABB” metro istifadəçiləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Mastercard Tam DigiCard sahibləri metro keçidlərində “Apple Pay” və ya “Google Pay” vasitəsilə etdikləri hər 5-ci ödənişə görə 100 faiz keşbek qazanacaqlar. Hər beşinci tranzaksiyadan sonra keşbek məbləği avtomatik olaraq istifadəçinin hesabına qaytarılır. Kampaniya müddətində hər bir istifadəçi maksimum 6 dəfə 100 faiz keşbek əldə edə bilər.

Mastercard Tam DigiCard sahibi deyilsinizsə, kartı ABB mobile tətbiqi üzərindən və ya https://abb-bank.az/ rəsmi internet səhifəsindən onlayn sifariş edib, qısa müddətdə aktivləşdirə və dərhal “Apple Pay” və ya “Google Pay”ə əlavə edərək kampaniyadan yararlana bilərsiniz. Aksiya dekabrın 10-dək qüvvədədir.

Onu da qeyd edək ki, “ABB”nin digər kart məhsulları ilə də metroda ödəniş etmək artıq mümkündür. Bu yenilik müştərilərə gündəlik gediş-gəlişdə daha geniş seçim imkanı verir, keçid prosesini sürətləndirir və nağdsız ödənişlərin rahatlığını artırır. İstifadəçilər uyğun cihazlarında “Apple Pay” və ya “Google Pay” vasitəsilə kartlarını əlavə edib metro turniketlərindən sürətli və təhlükəsiz keçidi təmin edə bilərlər.

“ABB”nin müasir, rəqəmsal və faydalı məhsulları barədə daha ətraflı məlumatı filial və şöbələrdən, https://abb-bank.az rəsmi internet səhifəsindən, həmçinin 937 qısa nömrəsi ilə əlaqə saxlayaraq Məlumat Mərkəzindən və sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək olar.

 

Seçilən
13
7
azertag.az

8Mənbələr