AZ

TAP-ın 5 ili: Azərbaycanı Avropaya bağlayan enerji körpüsü

Bakı. Trend:

Bu gün Trans-Adriatik Boru Kəmərinin (TAP) istismaraverilməsindən 5 il ötür. TAP Xəzərin Azərbaycan sektorundan təbiiqazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərəkİtaliyaya və daha sonra qərbi Avropaya nəql edən boru xəttiproyektidir. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracınınən qısa və birbaşa marşrutunu təşkil edir. Boru kəmərinin uzunluğu878 km təşkil edir.

İndiyədək bu kəmərlə təxminən 52,7 milyard kubmetr təbii qaznəql edilib. Bu miqdar bütövlükdə Azərbaycanın Avropaya qazixracında TAP-ın ciddi payı olduğunu göstərir və uzunmüddətli sabitixrac bazarının formalaşmasına kömək edir. Qaz ixracı Azərbaycanıniqtisadiyyatına sabit valyuta gəliri gətirir, bu da ölkəninsosial-iqtisadi dayanıqlığını gücləndirir. TAP-ın ötürücülükpotensialı artdıqca gəlirlər də artmaq potensialına malikdir. TAPAzərbaycanın Avropa üçün etibarlı qaz tədarükçüsü kimi mövqeyiniəhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu, təkcə iqtisadi yox, həm dəgeosiyasi üstünlükdür: Avropa ölkələri Azərbaycan qazına etibaredir və bu da Azərbaycanın strateji tərəfdaş kimi dəyəriniartırır.

Avropa üçün TAP enerji təhlükəsizliyi kontekstində vacibdir, çünkikəmər Aİ-nin enerji mənbələrinin diversifikasiyasına xidmət edir.TAP Azərbaycanın Avropa bazarlarına birbaşa çıxışını təmin edərək,təkcə regional, yox, qlobal enerji arenasında rolunu gücləndirir.Enerji ixracında yalnız ənənəvi bazarlara deyil, Avropaya yönəlmə,Azərbaycanın ixrac geosiyasını müxtəlifləşdirir. Bu da risklərinazaldılması baxımından vacibdir. AP layihəsi beynəlxalqtərəfdaşlarla – Avropa şirkətləri, beynəlxalq investorlarlabirlikdə həyata keçirilmişdir. Bu, Azərbaycanın enerji sahəsindəbeynəlxalq etibarlılığını artırır. Kəmərin etibarlı və davamlıişləməsi, beynəlxalq standartlara uyğunluğu (məsələn,təhlükəsizlik, ətraf mühit) Azərbaycanın infrastrukturyatırımlarında yüksək peşəkarlığını nümayiş etdirir.

2026-cı ildən kəmərin ötürücülük gücünün 1,2 milyard kubmetrartırılması planlaşdırılır. Bu artım TAP-ın gələcəkdə daha böyükrol oynaya biləcəyini göstərir. TAP-dan gələn qaz ixracıAzərbaycanın milli büdcəsinə, ixrac gəlirlərinə müsbət təsirgöstərir, bu isə iqtisadi sabitliyin güclənməsinə, sosialproqramların maliyyələşməsinə və investisiyaların artırılmasınaimkan verir. Enerji tranziti kimi böyük layihə Azərbaycanıninfrastruktur investisiyaları üçün təcrübəsini zənginləşdirir,şirkətlər üçün texniki imkanları genişləndirir və gələcək enerjilayihələrində zəmin yaradır. TAP birbaşa Avropaya çıxış yaratdığınagörə, Azərbaycan regionda enerji dəhlizi kimi mühüm rola malikdir.Bu da Azərbaycanın regiondakı geosiyasi mövqeyini gücləndirir – o,sadəcə enerji istehsalçısı deyil, həm də enerji tranzitçisi kimiönəmli oyunçudur.

Beş il ərzində TAP Azərbaycanın Avropaya enerji ixracıstrategiyasının uğurlu bir hissəsini təşkil edib. Bu layihəAzərbaycan üçün geosiyasi üstünlük, iqtisadi mənfəət və beynəlxalqnüfuz baxımından böyük dəyər daşıyır. Gələcəkdə TAP-ın ötürücülükgücünün artırılması planları reallaşsa, bu, həm AvropadaAzərbaycanın rolunun daha da möhkəmlənməsinə, həm də ölkənin ixracgəlirlərinin artmasına gətirib çıxara bilər. Eyni zamanda, TAPAzərbaycanın enerji siyasətində diversifikasiya strategiyasının birsimvolu kimi qalır – təkcə neft-qaz hasilatçısı deyil, enerjitranziti ölkəsi kimi rolu genişlənir.

TAP Azərbaycan qazını birbaşa Avropa bazarına çıxaran boru xəttiolduğu üçün ölkəyə davamlı valyuta axını təmin edir. TAP Azərbaycanüçün sadəcə boru kəməri deyil, strateji iqtisadi layihədir. O,ölkəyə uzunmüddətli valyuta gəlirləri, sabit Avropa ixrac bazarı,investisiya axını, iqtisadi təhlükəsizlik kimi mühüm faydalarqazandırır.

Məqalədə:
Seçilən
77
3
az.trend.az

4Mənbələr