AZ

“Beşiktaş”ın prezidenti Rafa Silva barədə açıqlama verib: Meneceri bizə gülünc təklif verdi

“Beşiktaş”ın

“Beşiktaş” klubunun prezidenti Serdal Adalı komandanın aparıcı futbolçulardan Rafa Silva ilə bağlı yaranmış vəziyyət barədə açıqlama verib.

APA xəbər verir ki, Serdal Adalı Rafa Silvanın “Başakşehir” matçının 83-cü dəqiqəsində əvəzləndikdən sonra onun menecerinin görüş tələb etdiyini deyib: “Gəldi, danışdıq. Bir müddət sonra Rafa ilə görüşdük. Məsələni gərginləşmədən öz aramızda həll etmək istədik, buna çox çalışdıq. Bizimlə görüşdə Rafa bildirdi ki, heç kimlə problemi yoxdur, futboldan getmək istəyir. Bir müddət sonra isə fikrini dəyişdi, dedi ki, gələndən üç prezident, dörd baş məşqçi ilə işləyib. Transfer pəncərəsi açılmamışdan əvvəl ən yaxşı oyunçularımdan birinin getməsini istərdimmi? Transfer pəncərəsinə qədər meydana çıxmasını, məşq etməsini istəyirdim. Rafa isə bununla bağlı hələ ki, heç bir müsbət addım atmayıb”.

“Beşiktaş”ın prezidenti Rafa Silvanın menecerinin onlara təklif verdiyini də açıqlayıb: “Rafanın meneceri bizə gülünc təklif verdi ki, 3 000 000 avro gətirsinlər, komandandan getsin. Bura “Beşiktaş”dır, kimsə getmək istəsə, şərtləri də “Beşiktaş” müəyyən edəcək. Lazım gələrsə, Rafaya pul ödəyəcəyik və o, burada qalacaq. Əgər gəlib məşq etmək və dərhal oynamaq istəyirsə, meydança buradadır. Heç kim qapıdan çıxıb "Mən gedirəm" deyə bilməz. Heç kim “Beşiktaş”a qarşı bu cür hörmətsizlik edə bilməz".

Seçilən
11
4
xalqcebhesi.az

5Mənbələr