AZ

Deşam millimizi təriflədi

Sabah nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Publika.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycan millisinin enerjili komanda olduğunu bildirib: “Rəqibimiz çox istəkli komandadır. Heyət baxımından risk etmək istəmirəm. Topuğunda zədəsi olan Kilian Mbappe ilə “Real Madrid” klubunun həkimləri məşğul olacaqlar. Bakıya 22 futbolçu ilə gəlmişik. Hamısına güvənirəm”.

Seçilən
18
4
publika.az

6Mənbələr