Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə vəfat edib.
Minval.info xəbər verir ki, bu barədə “Elgizlə izlə” verilişində sənətkarın həyat yoldaşı Rəhimə bildirib. O qeyd edib ki, gecə saat 4-də qızın qəfildən halı pisləşib və rəhmətə gedib:
“Gündüz gülüb-danışdıq. Axşam zəng edib ki gəl. Qəfildən oldu”.
Ülviyyənin 47 yaşı var idi.
Xatırladaq ki, Yaşar Nurinin iki qızı var. Onun digər qızı Ülkər isə müğənnidir.
Minval.info