AZ

“iPhone 18 Pro Max” tarixdə ən ağır telefon ola bilər

“Apple”ın gələn il təqdim edəcəyi iPhone 18 Pro Max şirkətin indiyədək istehsal etdiyi ən ağır iPhone ola bilər. Xarici mənbələrə görə, “iPhone 17” seriyasındakı daha qalın modellərə yüksək tələbat “Apple”ı strategiyasını dəyişməyə vadar edib və yeni model həm daha qalın, həm də daha ağır olacaq.

KONKRET.az milli.az-a istinadən  bildirir ki, cihazın çəkisi 240 qramı keçəcək. Bu halda o, 233 qramlıq “iPhone 17 Pro Max” və 240 qramlıq “iPhone 14 Pro Max”dan da ağır olacaq. Çəkidəki artımın daha böyük batareyanın istifadəsi ilə bağlı olduğu qeyd olunur.

İncə “Air” modellərinin gözlənilən satış uğurunu gətirməməsi də “Apple”ın diqqəti batareya həcminə yönəltməsinə səbəb olub.

Pro Max modellərinin çəkisi (qısa siyahı):

iPhone XS Max – 208 q

iPhone 11 Pro Max – 226 q

iPhone 12 Pro Max – 228 q

iPhone 13 Pro Max – 238 q

iPhone 14 Pro Max – 240 q

iPhone 15 Pro Max – 221 q

iPhone 16 Pro Max – 227 q

iPhone 17 Pro Max – 233 q

iPhone 18 Pro Max – təxminən 243 q

Seçilən
1
3
konkret.az

7Mənbələr