AZ

“Bu bizə əlavə rahatlıq verir” – Didye Deşam

DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində Fransa milli komandası sabah Bakıda Azərbaycan yığmasının qonağı olacaq

Msport.az xəbər verir ki, fransızların  baş məşqçisi Didye Deşam mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Osman Dembele və Kilian Mbappenin olmaması sizə çətinlik yaratmayacaq?

– Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizə əlavə rahatlıq verir. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır.

– Üç gün əvvəl Ukrayna ilə oyunda 4:0 hesabı ilə qalib gələrək dünya çempionatına vəsiqə qazandınız. Həmin matçda Kilian Mbappe iştirak etmişdi, lakin sabah o, meydana çıxmayacaq. Onun zədəsi nə qədər ciddi hesab olunur?

– Kilianın topuğunda problemləri var idi, hələ də davam edir. Ona görə də onu millidən buraxdım, “Real”ın tibbi heyəti Mbappe ilə məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır.

– Üç futbolçunuz zədəlidir. Sabah hansı oyunçular oynayacaq?

– Üç oyunçu olmasa da, Bakıdakı düşərgədə 22 futbolçumuz var. Hamısı oyuna hazırdır və bugünkü məşqdə də iştirak edəcəklər. Təbii ki oyunlara görə müəyyən yorğunluq var, amma vaxtında Bakıya gəldik və kifayət qədər dincilə bildik. (sportal.az)

Seçilən
10
12
msport.az

10Mənbələr