Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə Şuşaya gedib.
KONKRET.az qafqazinfo.az-a istinadən bildirir ki, bununla bağlı Suada sosial media hesabında paylaşım edib.
“Ürəyimdə əbədi həkk olunacaq günlərdən biri”,- o, paylaşımda bildirib.
Qeyd edək ki, Suada 2021-ci ilin iyununda Van Dammın oğlu Kristoferlə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub. Cütlük hazırda ABŞ-də yaşayır.
