AZ

“Fransa güclüdür, amma nəticə qazana biləcəyimizə inanırıq” - Elvin Bədəlov

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

QOL.az “Neftçi”nin 30 yaşlı futbolçusunun fikirlərini diqqətinizə çatdırır:

- Bildiyiniz kimi, bu, son ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir, amma biz oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun nümayiş etdirəcəyik və nəticə qazana biləcəyimizə də inanırıq.

- Kilian Mbappe sabahkı oyunda olmayacaq. Belə ulduz futbolçunun olmaması oyuna marağı azaldır?

- İnanmıram ki, maraq azalır. Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik.

Seçilən
39
4
teleqraf.com

9Mənbələr