AZ

Azərbaycan bentonit istehsalını 37 %-dən çox artırıb

Bu ilin ilk yanvar-oktyabr aylarında Azərbaycanda 264,1 min ton bentonit istehsal edilib.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,2 % çoxdur.

Bu il noyabr ayının 1-nə, ölkədə 243,1 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.

Seçilən
1
4
far.az

10Mənbələr