"Fransa ilə oyuna hazırıq. Çətin oyun olacaq. Kilian Mbappe zədə səbəbindən bizə qarşı oynamasa belə, rəqibin heyətində başqa keyfiyyətli futbolçular var".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib: “Azarkeşlərimiz bizi tək qoymayacaq. Onlara indidən təşəkkür edirəm”.
Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.