AZ

Günəşdə güclü partlayış oldu

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Günəşdə güclü partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, 15 noyabra keçən gecə baş verən M sinifinə aid olan bu partlayışın 12 dəqiqə davam etdiyi bildirilib.

Məlumata görə, alimlər bir gün əvvəl son 20 ildə ilk dəfə Yer səviyyəsində “planetar miqyaslı” maqnit qasırğasını qeydə alıblar.

Qeyd olunub ki, G5 səviyyəli maqnit qasırğaları kifayət qədər nadir hallarda baş verir. Sonuncu dəfə bu cür hadisələr 2003-2005-ci illər arasında ardıcıl üç il ərzində qeydə alınmışdı. Sonrakı illərdə maqnit qasırğalarının səviyyəsi əsasən G4-ə qədər dəyişib.

Alimlər izah ediblər ki, belə yüksək səviyyəli maqnit pozuntuları zamanı Yer üzərində transformatorlar və enerji sistemləri zədələnə bilər, kosmik aparatlarda isə geolokasiya və peyk rabitəsi ilə bağlı problemlər yarana bilər.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
icma.az

3Mənbələr