AZ

Fransa Azərbaycanın Ukraynadakı səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

BAKI,TurkicWorld

Fransa Rusiya tərəfindən Ukraynaya endirilən, o cümlədən Azərbaycan səfirliyinə də ziyan vurulmasına səbəb olan raket və pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Fransanın xarici siyasət qurumu vurğulayıb:

"Fransa 13-dən 14 noyabra keçən gecə Rusiya Federasiyası tərəfindən həyata keçirilən və əsasən Ukraynanın paytaxtı Kiyevə, onun energetika infrastrukturlarına, yaşayış məhəllələrinə və xəstəxanaya yönəlmiş kütləvi zərbələri ən qəti şəkildə pisləyir. Hücumlar nəticəsində çoxsaylı mülki vətəndaşlar, o cümlədən uşaqlar həlak olub və yaralanıb. Azərbaycan səfirliyi də zərər görüb.

Bu misilsiz miqyaslı hücumlar – təxminən 430 pilotsuz uçuş aparatı və 18 raket – yeni bir eskalasiya olmaqla yanaşı, əgər buna hələ də ehtiyac varsa, Rusiyanın sülh naminə çalışmağa hazır olmadığını bir daha göstərir.

Fransa Ukrayna ilə, onun xalqı və hakimiyyəti ilə, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəyliyini ifadə edir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Fransa bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyi artırmaq və Rusiyaya təzyiqi gücləndirmək üçün səylərini davam etdirəcək ki, o, müharibəni dayandırsın."

Seçilən
4
5
turkic.world

6Mənbələr