...P.A. Herzen adına Moskva Xərçəng Tədqiqat İnstitutu onilliklər ərzində ilk dəfə olaraq xərçəngdən ölüm halları ilə bağlı məlumatların dərcini dayandırıb.
SİA-nın məlumatına görə, nəşrdə illik hesabatın başlığında dəyişiklik qeyd olunur: əvvəllər "Rusiyada bədxassəli yenitörəmələrin (Yoluxma və ölüm)" adı ilə dərc olunmuş hesabat indi ölüm hallarından bəhs etmədən "Rusiyada bədxassəli yenitörəmələrin (Yoluxma)" adı ilə dərc olunub.Onilliklər ərzində Herzen İnstitutu region, cins, yaş və xərçəng növü üzrə ətraflı ölüm məlumatları təqdim edərək Rusiya statistikasını beynəlxalq məlumatlarla müqayisə etməyə imkan verib.
İnstitutun qərarı Rosstat-ın 2025-ci ilin yayında ölüm məlumatlarını dərc etməyi dayandırması ilə üst-üstə düşdü. Əvvəllər müstəqil jurnalistlər bu məlumatlardan Ukraynanın işğalı iştirakçıları arasında ölüm sayını hesablamaq üçün istifadə edirdilər.
Ən son məlumatlara görə, 2023-cü ildə Rusiyada 284.000 insan xərçəngdən ölüb.
O dövrdə xərçəng Rusiyada ölümün ikinci ən çox yayılmış səbəbi olub: demək olar ki, hər altı ölümdən biri (16,1 faiz) xərçəngdən, ürək-damar xəstəlikləri isə 46,2 faizdən qaynaqlanıb.
Sentyabr ayında "Medical Herald" Rusiyada yeni diaqnoz qoyulmuş xərçəng hallarının sayında artım olduğunu bildirib: 2023-cü ildəki 674.587 ilə müqayisədə 2024-cü ildə 698.693. Ən çox yeni hal Moskvada (60.338), Sankt-Peterburqda (29.865) və Moskva vilayətində (32.953) aşkarlanıb.
Elə həmin ay Rusiyanın səhiyyə naziri Mixail Muraşko ölkədə 4,4 milyondan çox insanın onkoloqlar tərəfindən izlənildiyini bildirib.
Lakin, "Xərçəngə qarşı hərəkat" regionlararası ictimai təşkilatının 2024-cü ilin sonunda apardığı sorğunun göstərdiyi kimi, əksər xəstələr müalicə almaqda ciddi çətinliklərlə üzləşirlər.
Xəstələrin təxminən 80 faizi diaqnoz və müalicədə gecikmələr olduğunu bildirir; xəstələrin yalnız 16,9 faizi müraciətdən sonra tələb olunan üç iş günü ərzində onkoloqa müraciət edə bilir və xəstələrin yalnız 20,1 faizi müalicəyə vaxtında başlayır.
Kənd yerlərində vəziyyət xeyli pisdir.
Əli Babayev