AZ

Fransanın "BFMTV" telekanalının efiri bomba təhlükəsi səbəbindən dayandırılıb

Fransanın BFMTV xəbər kanalının aparıcıları internet istifadəçisi tərəfindən səsləndirilən partlayış hədəsi səbəbindən studiyanı tərk ediblər.

APA xəbər verir ki, bu barədə kanalın "X" hesabında məlumat verilib.

“Binamızda təhlükə ilə bağlı təxliyə elan olunub. Polis yoxlama aparmaq üçün əraziyə gəlib. RMC BFM media qrupunun bütün kanallarında yayımlarımız müvəqqəti olaraq dayandırılıb. Komandalarımız yayımı mümkün qədər tez bərpa etməyə çalışır, - məlumatda deyilir.

Bir neçə saatlıq yoxlamadan sonra ərazidə hər hansı partlayıcı aşkarlanmayıb, işçilər ofisə geri qayıdıblar.

Seçilən
23
2
apa.az

3Mənbələr