AZ

DÇ-2026: Türkiyə qalib gəlib, Gürcüstan böyük hesabla məğlub oldu

DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsinin IX turunda bu gün növbəti oyunlar keçirilib. Metbuat.az xəbər verir ki, E qrupunda Türkiyə millisi evdə Bolqarıstanı qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.Qrupun digər matçında İspaniya səfərdə Gürcüstana 4 cavabsız qolla qalib gəlib.

Bu nəticədən sonra İspaniya 15 xalla liderliyini davam etdirir. Türkiyə 12 xalla ikinci, Gürcüstan 3 xalla üçüncü, xalı olmayan Bolqarıstan isə dördüncü-sonuncu pillədədir.

Seçilən
26
5
metbuat.az

10Mənbələr