AZ

Zelenskiyə kəşfiyyat hesabatları verildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə kəşfiyyat hesabatları dinlənilib.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı “Facebook” səhifəsində məlumat verib.

Volodimir Zelenski əsas müdafiə və təhlükəsizlik rəsmiləri ilə görüş zamanı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin Rusiyanın müharibəni davam etdirmək qabiliyyəti və qarşıdakı aylar üçün planları ilə bağlı kəşfiyyat hesabatlarını dinləyib.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov cəbhənin təhdid zonalarında vəziyyət, Rusiyanın hərbi hazırlığı ümid etdiyi müddət barədə məlumat verib. Zelenskinin sözlərinə görə, Rusiya ordusu rəhbərliyin Pokrovsk və Kupyanskın ələ keçirilməsi ilə bağlı verdiyi müddətə əməl edə bilməyib və bu müddətlər yenə də təxirə salınıb.

Seçilən
18
4
publika.az

8Mənbələr