Roma Papası XIV Leo Vatikanda dünya kinematoqrafiyasının ulduzlarını qəbul edib. Onların arasında rejissorlar Emir Kusturitsa, Spayk Li, Qreta Gerviq, aktrisalar Keyt Blanşett və Monika Belluççi və digərləri olub.
Publika.az xəbər verir ki, nu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd olunub ki, pontifiklə görüşü Vatikanın mədəniyyət naziri təşkil edib. Tədbir zamanı XIV Leo kinematoqrafiyanı sözün ən nəcib mənasında populyar incəsənət adlandırıb və onun hamı üçün əlçatan olduğunu vurğulayıb. Eyni zamanda, o, hazırda dünyada eşidilməyənlərə səs verilməsinə çağırıb.