AZ

Kosmik obyektdə süni mənşə əlamətləri aşkar edilib

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Alimlər Yer kürəsinə tədricən yaxınlaşan "3I/ATLAS" kosmik obyektində süni mənşə əlamətləri aşkar ediblər.

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Harvard Universitetinin alimi Avi Loeb məlumat verib.

Onun sözlərinə görə, səma cismində təbii mənşəli adi kometalar üçün atipik olan bir sıra anomaliyalar müşahidə olunub. Məsələn, cisim günəşə yaxınlaşdıqdan sonra da aktiv olaraq qalır və vahid varlıq kimi mövcudluğunu davam etdirir.

Xatırladaq ki, "3I/ATLAS" kosmik obyekti bu ilin iyulunda görünüb. Daha sonra alimlər müəyyən ediblər ki, bu, başqa bir ulduz sistemindən olan kometadır. Həmçinin obyektin təxminən 7.5 milyard yaşında olduğu müəyyən edilib ki, bu da Günəşdən 3 milyard il daha qədimdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
2
moderator.az

3Mənbələr