Kamçatkada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 113 km aralıda baş verib. Zəlzələnin ocağı 20 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində tələfat və dağıntıların olması barədə məlumat verilməyib.