AZ

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Azərbaycan Mərkəzi Asiya formatına qəbul olunur və bununla da formatın ölkə tərkibi mövcud “5-lik”dən “6-lığa” çevrilir.

Azreform.info xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

Beləliklə, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunu əldə edir:

"Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq. Şübhəsiz ki, hər iki bölgənin strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək vahid əməkdaşlıq məkanının formalaşması istiqamətində çalışacağıq. Bu vacib qərarı verdiyinə görə bütün hörmətli həmkarlarıma səmimi qəlbdən təşəkkür etmək və məşvərət görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması münasibətilə Prezident İlham Əliyevi təbrik etmək istəyirəm”, - deyə Özbəkistan Respublikasının Prezidenti bildirib.(APA)

Seçilən
14
28
azreform.info

10Mənbələr