AZ

ITU rəsmisi: Gənclərin rəqəmsal dünyada təhlükəsizliyi prioritetimizdir

Bakı, 16 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Rəqəmsal mühitdə gənclərin təhlükəsizliyi mühüm önəm daşıyır. 14-25 yaş aralığındakı gənclər internetdə ən fəal təbəqədir və onların qorunması bizim borcumuzdur.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosunun (BDT) direktoru Kosmas Lakison Zavazava Bakıda keçirilən “Qlobal Gənclər Günü”nün açılışında deyib.

O bildirib ki, bu məqsədlə ITU “Uşaqların onlayn qorunması üzrə qaydalar” hazırlayıb və sənəd müxtəlif dillərdə sərbəst istifadəyə verilib.

Direktor, həmçinin ITU-nun gənclərin bilik və liderlik bacarıqlarını artırmaq üçün həyata keçirdiyi layihələrdən danışıb. Bunlara “AI Skills Accelerator for Girls” proqramı, “Generation Connect Youth Leadership Program” və “Digital Skills for Jobs” kimi təşəbbüslər aiddir.

“Biz gəncləri yalnız dinləmək deyil, onları rəqəmsal transformasiyanın mərkəzinə qoymaq istəyirik. Gənclər olmadan onlarla bağlı heç bir qərar verilməməlidir,” – deyə K.Zavazava qeyd edib.

Seçilən
34
azertag.az

1Mənbələr