AZ

FHN “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirdi - FOTO

BAKI, 16 noyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində 1 nömrəli Xüsusi Təyinatlı və Sabunçu Rayon Yanğından Mühafizə Hissəsinin 23 nömrəli Yanğından Mühafizə Bölməsində növbəti “açıq qapı günü” tədbirləri keçirilib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“İndigo” və “Bağçam” uşaq bağçalarının azyaşlı və tərbiyəçiləri üçün təşkil olunmuş “açıq qapı günü”nün keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejimi və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.

Bundan əlavə, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
2
14
teleqraf.com

10Mənbələr