ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Gədəbəydə yük avtomobillinin iştirakı ilə zəncirvari qəza olub. Avtosfer.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan "Kamaz" markalı yük maşını idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinə çırpılıb. Qəzada 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 1967-ci il təvəllüdlü O.İbrahimov və 2000-ci il təvəllüdlü Ç.Yolçiyevdir. Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.