Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün Azərbaycan və Orta Asiya vahid geosiyasi və geoiqtisadi bölgədir.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.
"Azərbaycan Mərkəzi Asiya ölkələrinin məsləhət görüşlərində üçüncü dəfədir iştirak edir", - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı son üç ildə Orta Asiya ölkələrinə 14 dəfə səfər etdiyini qeyd edib.