AZ

İslam Maxaçev yarımorta çəkidə yeni UFC çempionu oldu

Noyabrın 16-na keçən gecə Nyu-York şəhərində UFC 322 turniri keçirilib.

"Yeni Sabah" xəbər verir ki, gecənin əsas qarşılaşmasında yüngül çəki dərəcəsində keçmiş UFC çempionu İslam Maxaçev (Rusiya) və yarımorta çəki dərəcəsində çempion Cek Della Maddalena (Avstraliya) üz-üzə gəliblər.

Döyüş beş raund davam edib və hakimlərin yekdil qərarı ilə (50-45, 50-45, 50-45) Maxaçevin qələbəsi ilə nəticələnib.

O, yarımorta çəki dərəcəsində yeni UFC çempionu adını qazanıb. Bu, Maxaçev üçün ardıcıl 16-cı qələbədir. Bununla da dağıstanlı döyüşçü braziliyalı Anderson Silvanın qələbə seriyası rekordunu təkrarlayıb./Oxu.az


Telegram kanalımız
Seçilən
6
1
yenisabah.az

2Mənbələr