AZ

Samuxda “Mercedes” markalı yük avtomobili yanıb

Samux rayonunun Alıuşağı kəndində “Mercedes” markalı yük avtomobilinin mühərriki və yük hissəsinə yığılan 800 kiloqram kömürün 300 kiloqramı yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Kömürün və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
14
10
news365.az

10Mənbələr