AZ

Avropadan Rusiyaya pivə tədarükü rekord səviyyədə azaldı

Sentyabr ayında Rusiya 2015-ci ilin əvvəlindən bəri Avropa Birliyindən pivə idxalını minimum həddə, 3000 tona endirib.

Azreform.info xəbər verir ki, bu barədə RİA Novosti "Eurostat"ın məlumatlarına istinadən yazıb.

Belə ki, Almaniya sentyabr ayında Rusiyaya pivə idxalının aparıcı tədarükçüsü olub. Ruslar alman istehsalçılarından 640 tona qədər məhsul idxal ediblər. Latviya isə ikincidir. Bu ölkə ixracı iki dəfə azaldaraq 622 tona salıb.

Ötən ay Avropadan Rusiyaya əsas pivə tədarükçülərindən olan Çexiya ilk üçlüyə daxil olsa da, satışları 3,6 dəfə azaldaraq 555 tona salıb.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Çexiya Respublikası Avropa İttifaqı ölkələri arasında Rusiya Federasiyasına əsas pivə tədarükçüsü olmuşdu.(Publika.az)

Seçilən
5
3
azreform.info

4Mənbələr