AZ

“Tesla” bu dəfə uçan avtomobil buraxacaq

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerikalı sahibkar, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask “Tesla”nın bu ilin sonuna qədər yeni “Roadster” elektrikli idman avtomobili  buraxmağı planlaşdırdığını bildirib.

Avtosfer.az xəbər verir ki, iş adamı bu barədə Co Roqanın podkastında məlumat verib.

Onun sözlərinə görə, avtomobil “ağlasığmaz texnologiya" ilə təchiz ediləcək, həmçinin, uçuş qabiliyyətinə də malik olacaq.

Mask yeni avtomobili bütün Ceyms Bond avtomobillərindən daha heyrətamiz adlandırıb, lakin uçuş texnologiyası ilə bağlı əlavə suallara cavab verməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
50
avtosfer.az

10Mənbələr