AZ

Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynada davam edən silahlı münaqişə yaxın gələcəkdə sona çata bilər.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sülhün bərqərar olmasında maraqlıdır və NATO ölkələrinin Rusiya tərəfindən hücum təhlükəsindən narahat olmasına əsas yoxdur.

“Düşünürəm ki, sülhə çox yaxınıq”, — Orban jurnalist Matias Döfnərin proqramına verdiyi müsahibədə deyib.

Baş nazir proqnozunun nəyə əsaslandığını açıqlamasa da, müharibənin dayanması üçün “Qərbin vahid mövqeyinin” vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp sülhü təmin etmək üçün addımlar atır, Avropa İttifaqının liderləri isə Ukraynanı daha sərfəli şərtlər əldə etmək üçün döyüşləri davam etdirməyə təşviq edir.

Orban bildirib ki, Moskva döyüşlərin daha tez başa çatmasında maraqlıdır, lakin öz məqsədlərinə nail olmaq üçün əməliyyatları davam etdirir. O həmçinin əlavə edib ki, Rusiya Donbası ələ keçirdiyi halda, “müharibəni davam etdirməyin artıq mənası qalmayacaq”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
3
cebheinfo.az

4Mənbələr