UFC 322 turnirində əsas oyundan əvvəl ciddi insident yaşanıb. Amerikalı döyüşçü Dilon Denis Həbib Nurməhəmmədov və İslam Mahaçevin komandasının üzvləri ilə kütləvi davaya səbəb olub.
İdman.Biz xəbər verir ki, qarşıdurmanın mərkəzində Denislə yanaşı keçmiş UFC döyüşçüsü Abubakar Nurməhəmmədov və Maqomed Zeynukovun da olduğu bildirilir. Təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək tərəfləri ayırıb, daha sonra UFC-nin biznes inkişaf direktoru Hanter Kempbell vəziyyəti sakitləşdirməyə çalışıb.
Hadisə Danisin ilk qalmaqalı deyil. Xatırladaq ki, 2018-ci ildə Konor Makqreqorun Həbibə uduzmasından sonra baş verən məşhur kütləvi davada da Denis ön sırada idi. O zaman Həbib qəfəsdən atlanaraq Danisin üzərinə hücum etmiş, daha sonra dava tribunaya qədər yayılmışdı. Denis həmin dövrdə Makqreqorun əsas sparrinq partnyorlarından və qrepplinq məşqçilərindən biri idi.
Bu dəfə baş verən insidentin də tərəflər arasında köhnə gərginliyin davamı olduğu bildirilir.