AZ

Ukrayna Yunanıstanla 2 milyard avro dəyərində qaz idxalı barədə razılaşıb

Ukrayna Yunanıstanla qış dövrü üçün əlavə təbii qaz idxal marşrutu təşkil edilməsi barədə razılıq əldə edib.

Moderator.az bildirir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında paylaşıb.

"Yunanıstanla Ukrayna üçün qazla bağlı razılaşma hazırladıq. Ukrayna hasilatındakı itkiləri kompensasiya etmək üçün təxminən 2 milyard avroluq qaz idxal ehtiyacını qarşılayacayıq", - deyə o yazıb.

Zelenski qeyd edib ki, idxal üçün vəsaitlər Ukrayna hökuməti tərəfindən, Avropa tərəfdaşlarının və Avropa Komissiyasının zəmanəti ilə fəaliyyət göstərən bankların, həmçinin Ukrayna və Norveçin maliyyə qurumlarının iştirakı ilə yönləndirilir.

Qeyd edək ki, Yunanıstan Ukraynaya və digər Avropa ölkələrinə ixrac üçün aktiv şəkildə ABŞ qazı alır ("şaquli dəhliz" - Transbalkan marşrutu ilə).

Seçilən
38
2
moderator.az

3Mənbələr