Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bir neçə gün öncə saytımızda “DGK 4 ədəd generatora 507 min xərcləyəcək: “Araznet”in Talıbovla nə əlaqəsi?” başlıqlı yazı dərc edilib. Həmin yazıda tenderin qalibi olan “ARAZNET” MMC ilə Dövlət Gömrük Komitəsi arasında satınalmadan bəhs edilir.
Yazıda vurğulanır ki, 4 ədəd generator üçün dövlət qurumu 507 min 651 manat pul ödəyəcək. Həmçinin “Araznet” MMC-nin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi, MR Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbovla əlaqələrinin olma ehtimalından bəhs olunub.
Məqalədə “Araznet” MMC 1993-cü ildə yaradıldığı, şirkətin 4 mağazası və 1 servis mərkəzinin fəaliyyət göstərməsi, Moldova və Gürcüstan bazarlarında paylarının olması bildirilir. Həmçinin “Araznet”in rəhbəri Surxay Ələkbərovun adı çəkilir.
“Araznet” MMC-dən Tribunainfo.az-a bildiriblər ki, DGK-nın məlum tenderinin qalibi onlar olsalar da, Naxçıvanda fəaliyyət göstərməyiblər, Moldova və Gürcüstan bazarında da hər hansı payımız və ya fəaliyyətimiz mövcud olmayıb. Şirkət rəsmisi qeyd edib ki, Naxçıvanda fəalliyyət göstərən digər şirkət brendi ilə adları eyni olsa da, onlarla heç bir əlaqələri yoxdur. “Bəli, bizim şirkət 1993-cü ildə yaradılıb. Müasir texnoloji avadanlıqlar üzrə peşəkar fəaliyyətlə məşğuldur və “ABV” mağazalar şəbəkəsi bizə məxsusdur. Lakin bizim Naxçıvanda nə fəaliyyətimiz, nə də filialımız olmayıb və bu gün də yoxdur”.
Xatırladaq ki, yazıda dərc etdiyimiz məlumatların hamısı açıq mənbələrdən və internet resurslarından götürülüb. Naxçıvan ərazisində fəaliyyət göstərən şirkətlə “Araznet” MMC-nin ad uyğunluğu səbəbindən bu hal baş ver
Fərda Uğur
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.