AZ

Bu gecə Bakıda SENSASİYA baş versə… Millimizə pul axacaq!

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək.

13 xalla qrupda lider olan Fransa DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan dördüncüdür.

Əlbəttə, hamı başa düşür ki, komandamızın nəinki qələbə qazanmaq, heç-heçə etmək şansı belə, çox azdır. Onlar harada, biz harada!

Bunu tək biz başa düşmürük. Eyni zamanda, AFFA rəhbərliyi də anlayır ki, həqiqət nədən ibarətdir.

Hər şeyə rəğmən, federasiya futbolçuların əhval-ruhiyyəsini tonusda saxlamaq istəyir.

Bu gün Bakıda sensasiya baş versə, yəni millimiz qalib gəlsə, oyunçuların hər biri 40 min manat əldə edəcək. 1 xalın qarşılığında ödəniləcək mükafatın məbləği də məlumdur - 20 min manat. (sportinfo.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
3
icma.az

4Mənbələr