AZ

Orban: “Ukraynadakı silahlı münaqişə yaxın gələcəkdə bitəcək”

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Tramp sülhün bərqərar olması üçün səylər göstərir, Avropa İttifaqı liderləri isə Ukraynanı mübarizəni davam etdirməyə təşviq edirlər”

Macarıstan Baş naziri Viktor Orban Ukraynadakı silahlı münaqişənin yaxın gələcəkdə bitəcəyinə inanır. AYNA.AZ xəbər verir ki, o bu barədə “YouTube”da yayımlanan “Axel Springer”in baş direktoru Matthias Döpfner ilə müsahibəsində deyib.

Orban sülhə nail olmaq üçün vahid Qərb mövqeyinin vacib olduğuna inanır. Baş nazir həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sülhün bərqərar olması üçün səylər göstərir, Avropa İttifaqı liderləri isə Ukraynanı mübarizəni davam etdirməyə təşviq edirlər.

"Düşünürəm ki, sülhə nail olmağa çox yaxınıq", - deyə Orban Ukrayna münaqişəsinin həlli perspektivləri ilə bağlı suala cavab verərkən bildirib.

Macarıstan Baş naziri nüvə gücü kimi Rusiyanı məğlub etməyin mümkün olmadığına inandığını bir daha təkrarlayıb. O həmçinin NATO ölkələrinin Rusiyanın hücumundan qorxmamalı olduqları fikrini bildirib, və deyib ki, “Alyansın ənənəvi silahlarda üstünlüyü var”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
ayna.az

1Mənbələr