Göygöl rayonunun Yeni Qızılca kəndində “Nissan” markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.