AZ

Dünyanın ən hündür oteli Dubayda açılıb...

Dünyanın ən hündür oteli olan Ciel Dubai Marina Dubayda açılıb və ilk qonaqlar artıq otaqlarına yerləşdiriliblər.

SİA xəbər verir ki, bu barədə The National qəzeti yazır.

Otelin hündürlüyü 377 metrdir ki, bu da Dubaydakı 356 metrlik Gevora Otelindən daha hündürdür.

Bina 82 mərtəbədən və 1004 otaqdan ibarətdir.

310 metr hündürlüyündə olan oteldə sonsuz hovuz var.

Nəşrin məlumatına görə, Dubay hazırda dünyanın ən hündür on otelindən səkkizinə, o cümlədən qülləsi də daxil olmaqla 321 metrə çatan Burj Al Arab-a ev sahibliyi edir.

Nazlı Almuradova

Seçilən
65
sia.az

1Mənbələr